Bakı Metropolitenində qatarlarda yubanma olub. Bu haqda bu gün, 13 noyabr tarixində Report “Bakı Metropoliteni” QSC-ə istinadən məlumat yayıb.
Dərnəgül istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb. Bununla bağlı sərnişinlər Nəriman Nərimanov stansiyasında düşürülüb və nasaz qatar depoya göndərilib. Xəttə yeni qatar buraxılıb.
Metropolitenin cədvəlində 1 dəqiqə yubanma olub.