Bakıda şüşələri plyonkalı və qeydiyyat nişansız “NAZ Lifan” markalı avtomobil polis tərəfindən saxlanıb. Bu haqda Oxu.az xəbər verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevin verdiyi məlumata əsasən, avtomobil, sahibinin yeniyetmə oğlu tərəfindən “plyonkalanıb” və idarə olunub. O, bu hərəkətlərin qanuna zidd olduğunu etiraf edib.
Həmin şəxs səhhəti ilə bağlı evdə müalicə aldığı üçün yaranan vəziyyətdən bixəbər olub.
Avtomobilin qeydiyyat nişanı yerinə bağlanıb. Qanun pozuntusu yerindəcə aradan qaldırıldıqdan sonra sürücü ilə profilaktik söhbət aparılıb.