Bakının girişindəki Ekoloji polis postunda manevr qaydalarını pozan “DAF” markalı yük avtomobili (99-KE-047 dövlət nömrə nişanlı) idarə edən sürücü saxlanılıb. Bu haqda bu gün, 28 dekabr tarixində Caliber.az məlumat verib.
Verilən məlumata görə, tibbi ekspertiza nəticəsində sürücü, Masallı rayon sakini Raqib Ağayevin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilib.
Ağayev məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.