Paytaxtın Qaradağ rayonunda “Niva” markalı avtomobil qəzaya uğrayıb. Hadisə Lökbatan qəsəbəsində baş verib. Bu barədə Report 22 dekabr tarixində xəbər verib.
32 yaşlı Elvin Əliyevin idarə etdiyi “Niva” markalı avtomobil yüksək sürət səbəbindən aşıb. Qəza nəticəsində sürücü və sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar.
E.Əliyev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Sərnişinə isə hadisə yerində tibbi yardım göstərilib.
Hadisənin təfərrüatı araşdırılır.