9-cu mikrorayonda partlayış baş verən binanın həyətində sakinlər üçün çadırlar qurulub. Bu barədə BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 3 yanvar tarixində xəbər verir.
Paytaxtın Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar binaya qazın verilişinin müvəqqəti dayandırılması səbəbindən bina sakinlərinin gecələməsi üçün Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları tərəfindən ərazidə çadırlar qurulub.
Sakinlərin müvəqqəti qalması üçün nəzərdə tutulmuş çadırlar yaşayış üçün müvafiq şəraitlə təmin olunub.