Binəqədi rayonu ərazisində maşın qaçırılıb. Bu haqda bu gün, 22 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istindadən məlumat verir.
A.Bayramov polisə müraciət edərək bildirib ki, dekabrın 4-ü ona məxsus “Toyota Prius” markalı avtomobil oğurlanıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Neftçala rayon sakini, Ramazan Bağırov nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.