Noyabrın 16-dan 17-nə keçən gecə Bakıda piyadaların xəsarət alması ilə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib.
Sabunçu rayonu ərazisində, Aeroport yolunda dünən gecə saat 22:30 radələrində avtomobil 24 yaşlı Natiq Əzimovu vurub. Əzimov yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçmişdir. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çadırılıb.
Saat 23:00 radələrində Nizami rayonunda avtomobil piyadanı vuraraq öldürüb. 24 yaşlı Hüseynəli Zeynalov aldığı xəsarətlər nəticəsində yerindəcə dünyasını dəyişib.
Nərimanov rayonunda saat 01:00 radələrində 19 yaşlı Rəşad Yusifov avtomobil vurması nəticəsində xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım cəlb olunub. Yaralı burun sümüyünün sınığı ilə xəstəxanaya aparılıb.
Daha bir yol qəzası Xətai rayonunda saat 06:00 radələrində baş verib. Babək prospektində you keçən 32 yaşlı Tural Rüstəmov vurulub. Nəticədə o, təcili tibbi briqadasının köməkliyi ilə xəstəxanaya aparılıb.
Hər dörd faktla bağlı istintaq başlanılıb.