Bakının Xətai rayonunda xəsarətlə nəticələnən döyülmə hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 19 yanvar tarixində Report məlumat verib.
Verilən məlumata görə, 49 yaşlı Dilşad Piriyeva qonşuları tərəfindən döyülüb. Qadın müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.