Bakının Xətai rayonu ərazisində qadının çantasından soyğunçuluq yolu ilə telefonunu talayan şəxs tutulub. Bu haqda bu gün, 12 yanvar tarixində Unikal.az məlumat verib.
Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Taləddin Əhmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.