Bakının Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yanvarın 9-u axşam saatlarında ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Sürücü Sabina Hacıyeva idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə 50-60 yaşlı qadını vurub. Piyada xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.