Bakıda qohumunu qayçı ilə öldürən şəxslər barəsində məhkəmə qərar verib. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Səbuhi Ələkbərov və Rəşad Fətullayev 17 il müddətinə azadlıqdan məhrum ediliblər.
Sözügeədən şəxslər əlbir olaraq Elvin Həbibzadə ilə aralarında yaranmış mübahisəni həll etməyə qərar veriblər. Onlar E.Həbibzadəni Türkan qəsəbəsinə çağıraraq onunla söhbət etmək istədiklərini bildiriblər. E.Həbibzadə S.Ələkbərovun və ailəsinin ünvanına nalayiq ifadələr işlədərək bıçaqla onun sol əlinə xəsarət yetirib. Bu zaman S.Ələkbərov onun qollarını tutub, R.Fətullayev isə qayçı ilə arxadan boyun nahiyəsinə zərbələr endirərək E.Həbibzadəni qətlə yetirib. Daha sonra onlar meyiti Xəzər rayonuna gətirərək S.Ələkbərovun babasına məxsus evin qarşısındakı quyuya atıblar.