Bakıda illər sonra ər arvadın xəyanətini öyrənib. Bu haqda 24 noyabr tarixində Oxu.az xəbər verib.
3 övlad atası illər sonra uşaqlarının şəkillərini böyük oğlunun rəqs müəlliminin fotosu ilə müqayisə edən zaman arvadından şübhələnib. Uşaqları ona yox, rəqs müəllimininə oxşadığını görüb.
Bundan sonra o, Bakı məhkəməsinə müaraciət edərək həqiqətin üzə çıxmasını istəyib. Məhkəmə zamanı məlum olub ki, iki uşağın bioloji atası rəqs müəllimidir.