Paytaxtın Xətai rayonu, Babək prospektində yük və minik avtomobilləri toqquşub. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“İsuzu” markalı yük maşını hərəkətdə olan zaman idarəetmədən çıxıb və əks yolda hərəkət edən “Toyota” markalı nəqliyyat vasitəsinə çarpılıb. Nəticədə 1 nəfər sərnişin xəsarət alıb.
“Toyota”nın sürücüsünün sözlərinə görə, o, avtomobili qəza etdiyi gün alıbmış. Nəqliyyat vasitəsi 2022-ci il istehsalıdır. Onun bazar qiyməti 102.000 AZN təşkil edir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_84273" align="alignnone" width="640"]
Foto apa.az saytı[/caption]