Bakıda yolun ortasında sürücülərin arasında dava baş verib. Bu barədə məlumat bu gün, dekabrın 14-də sosial şəbəkələrdə yayılıb.
“Hyundai” markalı avtomobilin sürücüsü kuryerin idarə etdiyi avtomobilin qarşısında yolu kəsərək, qaydaları kobud şəkildə pozub. Daha sonra isə saxladığı avtomobilin sürücüsünə hücum edib. Sürücülər arasında əlbəyaxa dava başlayıb. Bir müddət sonra “Hyundai” markalı avtomobilinin digər sərnişinləri davaya qoşulublar.
Dava zamanı “Hyundai” sürücüsü sərt qarşıdurma ilə üzləşib. Nəticədə o, hadisə yerindən qaçıb, sərnişinlər isə yolda qalıb.
Hücum edənin taksi sürücüsü olduğu bildirilir.