Bakıda motosikletlə qanunsuz hərəkətlər edən sürücü barədə məhkəmə qərar verib. Bu haqda Oxu.az 11 noyabr tarixində xəbər verib.
Sosial şəbəkələrdə görüntüləri yayılan motosikletçi Əli Hidayətzadəyə 15 sutka müddətinə inzibati həbs cəzası verilib.
Səhvini etiraf edən Ə.Hidayətzadə bir il müddətinə sürücülük hüququndan məhrum edilib.