Ötən gün paytaxtın Xətai rayonunda avtobusun vurduğu gənc oğlanın kimliyi məlum olub. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir.
Həmin şəxs adıçəkilən rayonda yerləşən 86 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi İsa Göyüşov olub.
10 yanvar tarixində sərnişin avtobusu yolu keçən yeniyetməni vuraraq öldürmüşdür.