Paytaxtın Xətai rayonu, Zığ şosesində yerləşən avtomobil təmiri sexində bədbəxt hadisə baş verib. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
54 yaşlı Ələddin Abbasov sexdə avtomobil təmir edən zaman həmin nəqliyyat vasitəsi onun üzərinə aşıb. Nəticədə usta hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.