Bakıda taxta alverçisi iş adamlarını aldadıb. Bu haqda 16 noyabr tarixində Lent.az məlumat verib.
Rəşad Məmmədov taxta materiallarının satışı ilə məşğul olaraq, dələduzluq əməllərini həyata keçirib. O, ilk öncə “Qlobus” MMC-nin meneceri ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, Rəşad Dərnəgüldəki tikinti ləvazimatları mağazalarının birindən 17 min manatlıq taxta material alıb şirkətə təhvil verməli idi. Lakin o, taxtaları alaraq, başqa şəxsə satıb.
Daha sonra isə “İ.M.C trade” MMC-nin direktoruna 22.500 manatlıq taxta alıb verəcəyi barədə müqavilə imzalayıb. Yenə də, sifariş etdiyi taxtaları başqasına satıb.
Zərərçəkmişlər Rəşad Məmmədov barəsində polisə şikayət ediblər və müraciəti əsasında barəsində Cinayət Məcəlləsinin “Dələduzluq, təkrar törədildikdə” ittihamı elan edilib.
Faktla bağlı araşdırma davam edir.