Bakının Qaradağ rayonunda, ticarət mərkəzinin ərazisində mağaza yanıb. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 22 kv.m olan mağazanın yanar konstruksiyaları yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, yanğın qısa müddətdə söndürülüb. Bitişik mağazalar yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.