Yenilənib:
İtkin düşən 36 yaşlı Eyvaz Məlikov paytaxt ərazisində tapılıb. Bu barədə onun ailəsindən məlumat verilib.
12:41 - Bakıda yaddaş pozğunluğu olan kişi itkin düşüb
Bakıda 36 yaşlı kişi itkin düşüb. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Eyvaz Məlikov yaşadığı evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb. Ailəsi onun yaddaş pozğunluğu olduğunu bildirilir.
“Biz Eyvazı “Ekan” adı ilə çağırdığımızdan o, adının “Ekan” olduğunu bilir. Ola bilər ki, dünən evdən çıxıb, evi tapmayıb ki, geri dönsün və ya kimsə görüb, pis olub, özü ilə evə aparıb. Başına nə gəldiyindən xəbərsizik, xahiş edirik, onu görənlər bizə və ya polisə məlumat versinlər”.
E.Məlikovun ailəsinin əlaqə nömrəsi: (050) 426-7