Bakının Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən “Xaos” kişi geyimi mağazası Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən bağlanıb. Bu haqda bu gün, 26 dekabr tarixində FHN-in mətbuat xidməti məlumat verib.
Mağazada keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Verilən rəyə əsasən, obyektin fəaliyyətinin davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa zamanda genişlənərək faciəni qaçılmaz edəcək.
[caption id="attachment_84614" align="alignnone" width="640"]
Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı[/caption]