Bakıda yetkinlik yaşına çatmayan uşaqlara tütün məmulatları satışı aşkar edilib. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyatlar zamanı 3 köşkdə yetkinlik yaşına çatmayan uşaqlara tütün məmulatlarının satılması faktı aşkarlanıb. Məsələ ilə bağlı həmin satıcılar məsuliyyətə cəlb olunublar.
Yoxlamaların davam edəcəyi bildirilir.