Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 21 noyabr tarixində xəbər verir.
Nizami və Murtuza Muxtarov küçələrinin kəsişməsində “Hyundai” markalı avtomobilin sürücüsü köməkçi yoldan qəfil əsas yola daxil olan zaman “Toyota” markalı maşının sürücüsü idarəetməni itirərək kəsişmədə olan “Hyundai”a çarpılıb.
Qəza nəticəsində bir nəfər xəsarət alıb, “Toyota” deformasiyaya uğrayıb.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
[caption id="attachment_79874" align="alignnone" width="640"]
Foto apa.az saytı[/caption]