Bakı yollarında yağış barmaqlıqlarını oğurlayan şəxs barəsində hökm oxunub. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 3 noyabr tarixində xəbər verir.
61 ədəd yağış və qrunt su ötürücüsünün dəmir barmaqlıqlarını oğurlamaqda şübhəli bilinən 42 yaşlı Şahmalı Əzimov Cinayət Məcəlləsinin “oğurluq” maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin qərarı ilə Ş.Əzimova 2 il müddətinə azadlıqdan məhrum edilib.