Bakıdan Xaçmaza sərnişin daşıyan "Toyota Prius" markalı minik avtomobili Şabran rayonunun Taxtakörpü kəndi yaxınlığında aşıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Bu haqda 6 noyabr axşam saatlarında Report məlumat verib.
Hadisə Bakı-Quba yolunun 122-ci kilometrində qeydə alınıb. Qəza nəticəsində avtomobildə olan 20 yaşlı Emin Quliyev və 19 yaşlı Gülyar Dadaşov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki zərərçəkən xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.