Bakı sakini Zərdabda silahla tutulub. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Cəfərov Zərdab rayonunda saxlanılıb. Onun çantasından döyüşə yararlı 1 ədəd “AK-74” markalı avtomat, həmin silaha aid 1 ədəd sandıqça və 25 ədəd patron aşkar edilib.
R.Cəfərov silahı Bakıda tapdığını və Zərdabda satmaq niyyətində olduğunu bildirib. Faktla bağlı araşdırmaya başlanılıb.
[caption id="attachment_99001" align="alignnone" width="896"]
Foto APA.az[/caption]