Narkotik vasitə qəbul edən Bakı şəhər sakini sürücülük hüququndan məhrum edilib. Bu haqda Daxili İşlər Nazirliyi xəbər verib.
Dekabrın 5-də Sabirabad rayonu, Nizami kəndi ərazisində yerləşən postda “Shacman” markalı avtomobil saxlanılıb. Yoxlama zamanı müəyyən olunub ki, sürücü Bakı şəhər sakini E.Binyətov narkotik vasitənin təsiri altında avtomobili idarə edib.
Sürücü İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib edilib. Binyətov 9 ay müddətinə sürücülük hüququndan məhrum olunub.