“Bakı Metropoliteni” QSC-nin əməkdaşı Babaşxan Baxışov 22 dekabr tarixində saat 9 radələrində Yasamal rayonu Kənar dairəvi yolda qəza törədərək ölüb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Baxışovun idarə etdiyi “Nissan” markalı avtomobil qarşıda gedən Ağsu rayon sakini Lətif Səfərovun idarə etdiyi “VAZ-2107” markalı maşınla toqquşub. Nəticədə, o, hadisə yerində ölüb, Səfərov isə xəstəxanaya yerləşdirilib. Faklta bağlı araşdırma aparılır.
Dekabrın 22-də Baxışovun işə gedərkən ürək tutmasından dünyasını dəyişdiyi bildirilmişdir.