Bakı metrosunda dekabrın 9-da oğurluq hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə verilən məlumata görə, Xaçmaz rayon sakini olan qadının içərisində pul, qızıl boyunbağı və bank kartı olan pulqabısı oğurlanıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Elməddin Şirəliyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.