Bakı metropolitenində telefon oğrusu tutulub. Bu haqda Oxu.az 22 noyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.
Metroda qadın sərnişin E.N-nın mobil telefonunu cibgirlik yolu ilə oğurlayan 46 yaşlı Sahil Həbibov müəyyən olunaraq metro polisi tərəfindən tutulub.
Cinayət axtarış qrupu tərəfindən oğurlanan telefonun maddi sübut kimi götürülərək sahibinə qaytarılacağı bildirilib.
Faktla bağlı araşdırmalar davam edir.