Qubada baş vermiş zəncirvari qəzada Bakı sakini də xəsarət alıb. Bu haqda bu gün, 6 dekabr tarixində Report məlumat verir.
Şəhərin 223-cü atıcı diviziya küçəsində qeydə alınan qazada “Faw”, “Mercedes”, “Toyota”, “Ford” və “VAZ” markalı avtomobillər toqquşub.
Avtomobillərdə olanlar: Bakı şəhər sakini 42 yaşlı Seymur Məmmədov, Quba rayon sakinləri 52 yaşlı Tərlan Süleymanov və 48 yaşlı Rauf Xeyrullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər üç yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.