Abşeron rayonu, Hökməli qəsəbəsində Bakı şəhər sakininə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxs 11 noyabr tarixində saxlanılıb. Bu haqda Daxili İşlər nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinə istinadən, noyabrın 7-də saat 14:00 radələrində rayonun Hökməli kəndində paytaxt sakini O.Həsənov idarə etdiyi “Chevrolet” markalı avtomobildə olan sərnişinə küt alətlə baş nahiyəsinə xəsarət yetirərək onun mobil telefonunu oğurlayıb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məhərrəmli tapılaraq saxlanılıb.