Bakı sakini dövlət sərhədində narkotiklə tutulub. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini, 46 yaşlı Qorxmaz Hüseynov Beyləqan rayonu ərazisində saxlanılıb. Ondan 97 kiloqram 338 qramdan artıq marixuana, 5 kiloqram 10 qram heroin və 1200 ədəd metadon həbi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_103826" align="alignnone" width="640"]
Foto DİN-nin mətbuat xidməti[/caption]