Paytaxt sakininin bank hesabından pul oğurlayan şəxs tutulub. Bu haqda 17 dekabr tarixində Report məlumat verib.
Bakı şəhər sakini S.Alxanovanın bank hesabından dekabrın 5-də 2500 manat pul oğurlanmışdır. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş A.Bayramov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.