Bakı sakinləri narkotik üstündə tutulublar. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Bakı şəhər sakinləri Məhəmməd Quliyev və Sübhan Rzayev Biləsuvar rayonu ərazisində saxlanılıblar. Onların üzərində 3 kiloqramdan artıq metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırmalar davam edir.