Bakı sakinləri Qazaxda narkotik alveri üstündə tutulublar. Bu haqda bu gün, 19 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri B.Əhmədov və əvvəllər məhkum olunmuş Ü.Rəsulov Qazax rayonu ərazisində saxlanılıblar. Onların üzərində ümumilikdə 1 kiloqramdan artıq heroin, 985 qram marixuana və 4 ədəd metadon həbi aşkarlanıb.
Onlar barəsində araşdırmalar davam edir.