Bakı-Qazax yolu ilə paytaxta gələn sərnişin avtobusu qəzaya düşüb. Bu haqda bu gün, 24 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən yolun 114-cü kilometrində 90-BL-403 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı sərnişin avtobusu hərəkətdə olan zaman köməkçi yoldan əsas yola çıxan 10-ZH-449 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.
Nəticədə 1 nəfər sərnişin xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Araşdırmalar davam edir.