Paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsində “BakuBus”ın avtobusu qəza törədib. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Adıçəkilən ərazidə eyni istiqamətdə hərəkət edən "VAZ-2109", "Mercedes" və "BakuBus” MMC-yə məxsus avtobus zəncirvari şəkildə toqquşub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
[URIS id=85681]