Bakının Nəsimi rayonunda yaşayış binasında partlayış baş verib. Bu haqda bu gün, 2 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi xəbər verib.
Hadisə 4-cü mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində qeydə alınıb. Əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan iki otaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış dalğasınsdan mətbəxin və eyvanın pəncərə çərçivələri yerindən çıxıb, mənzilə ziyan dəyib. Nəticədə biri azyaşlı olmaqla iki nəfər xəsarət alıb.
FHN-in əməkdaşları tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.