Paytaxtın Binəqədi rayonunda bir nəfər bıçaqlanıb. Bu barədə Apa 4 yanvar tarixində məlumat verib.
Biləcəri qəsəbəsində 27 yaşlı Fuad Orucov tanışı ilə şəxsi münasibətlər zəminində dava zamanı bıçaqlanıb.
Yaralı aldığı ağır bədən xəsarətlərinə görə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.