Paytaxtın Binəqədi rayonunda elektrik yarımstansiyalarından oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Əşrəfov Binəqədi qəsəbəsindəki həyətlərin birindən 4500 AZN dəyərində məişət əşyaları, digər sahədən 1200 AZN dəyərində kombi, eləcə də “Binəqədi Oil” şirkətinə məxsus yarımstansiyalardan 945 AZN dəyərində sayğac və 1114 AZN-lik dəmir boru oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.