Paytaxtın Binəqədi rayonunun eyniadlı qəsəbəsində küçədə körpə uşaq tapılıb. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Ötən gün axşam saatlarında qəsəbənin Gülüstan küçəsində 3 aylıq oğlan uşağı aşkarlanıb. O, polis tərəfindən sığınacağa yerləşdirilib. Körpənin anasının kim olduğu müəyyən olunub.
Hazırda araşdırmalar davam edir.