Paytaxtın Binəqədi rayonunda yeniyetməni avtomobil vurub. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
13 yaşlı O.Abdullayev yolu keçən zaman onu avtomobil vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Təfərrüatlar araşdırılır.