Paytaxtın Binəqədi rayonunda avtomobildən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əhmədov rayon ərazisində yerləşən “Ravon” markalı avtomobildən mobil telefonlar və içərisində pul və qızıl üzük olan pulqabını oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.