Paytaxtın Binəqədi qəsəbəsində həyətlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan müraciətə əsasən, həyətlərin birinin saxlanc yerindən 4500 manat dəyərində məişət əşyaları oğurlanıb.
Aparılan əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elşən Əşrəfov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.