Paytaxtın Binəqədi rayonunda yük avtomobilini narkotik təsiri altında idarə edən şəxs tutulub. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini R.Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə qayda pozduğu üçün saxlanılıb. Bu zaman onun narkotik təsiri altında olduğu məlum olub.
Nəticədə R.Həsənov 2 il müddətinə sürücülük hüququndan məhrum olunub. O, 4 gün müddətinə həbs olunub.