Bakıda oğurluq edən paytaxt sakini tutulub. Bu barədə BakuPlus.az DİN-ə istinadən bu gün, 4 yanvar tarixində xəbər verir.
Binəqədi polisi tərəfindən müxtəlif vaxtlarda rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus 3 evdən inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əliyev saxlanılıb.
Araşdırma aparılır.