Binəqədi rayonunun Biləcəri qəsəbəsində kafelərin birində vətəndaşın pulqabısından oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 17 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə verilən məlumata görə, paytaxt sakininin pul kisəsindən bank kartı oğurlanıb, daha sonra həmin kartdan 1310 manat çıxarılıb.
Aparılan tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Elsevər Dərgahov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.