Bakının Binəqədi rayonunda xəsarətlərlə nəticələnən zəncirvari qəza baş verib. Bu haqda bu gün, 5 yanvar tarixində APA məlumat verib.
Svetlana Məmmədova küçəsində "Toyota Land Cruiser", "Mercedes" və "Khazar" markalı avtomobillər toqquşub.
Nəticədə “Mercedes”də olan üç nəfər və "Toyota Land Cruiser"də olan bir nəfər xəsarət alıblar. “Mercedes”də olan yaralıların vəziyyəti ağır kimi qiymətləndirilir. Hər 4 nəfər xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Hadisənin təfərrüatları araşdırılır.
[URIS id=85684]