Buzovna sahilində ölü suiti aşkar olunub. Bu haqda 17 oktyabr tarixində Bakı Gündəliyi məlumat yayıb.
Dünən Buzovnada iməcilik zamanı sahildə ölmüş suiti aşkar edilib. Lakin heyvanın bədənində deşiklərin olması iməcilik iştirakçılarında onun tora ilişərək deyil, güllə yarasından öldüyü ehtimalını yaradıb.
“Belə qənaətə gəlmək olur ki, böyük ehtimalla yem axtaran zaman balıqçı torlarına düşən suiti elə balıqçılar tərəfindən qətlə yetirilib”, - deyə Buzovna sakini Seyfulla Azər bildirib.
Xəzər dənizində 100.000-ə yaxın suiti məskunlaşır. Onlar Azərbaycan sularında mart-aprel aylarında olurlar. Digər vaxtlarda şimal sahillərinə üz tuturlar.
[caption id="attachment_75146" align="alignnone" width="896"]
Foto Bakı Gündəliyi Facebook səhifəsi[/caption]